Yaponiyanın NHK xəbər kanalına eksklüziv müsahibəsində Fatimə Mühacirani Birləşmiş Ştatlar hökuməti ilə məsləhətləşmələrin yeni raundunun başlanmasına toxunaraq bildirib: “Biz istənilən danışıqlara inamla girəcəyik və xalqın milli maraqları və sülhü üçün nə lazımdırsa, edəcəyik. Ümid edirik ki, bu danışıqlarda lazımi vaxtda nəticə əldə olunacaq”.
Onun sözlərinə görə, razılaşmaların təfərrüatlarının nəzərdən keçirilməsi üçün ekspertlər səviyyəsində ilk görüş şənbə günü keçiriləcək.
Hökumət sözçüsü bəyan edib: İran ABŞ hökumətinin real niyyətləri ilə bağlı ehtiyatlı olaraq qalır və təzyiq və təhdid olmadan dialoqu dəstəkləyir.
Mühacirani həmçinin Tramp administrasiyasının İranın raket proqramı və Tehranın bölgədəki müqavimət qruplarına dəstəyi də daxil olmaqla Birgə Hərtərəfli Fəaliyyət Planına (BHFP) aid olmayan məsələləri də daxil etmək səyləri ilə bağlı suala cavabında vurğulayıb: “Bu danışıqlar yalnız nüvə məsələsi ilə məhdudlaşır və biz danışıqların mövzusunu genişləndirmək cəhdini qəbul etmirik”.