Prezident Məsud Pezeşkiyan şənbə günü Hindistanın Baş naziri cənab Narendra Modi ilə telefon danışığında Hindistan yarımadasında baş verən son hadisələri, eləcə də İran İslam Respublikası ilə Hindistan arasında ikitərəfli münasibətləri müzakirə edib.
Doktor Pezeşkiyan bu telefon danışığında bu yaxınlarda Pahalqam şəhərində çoxlu sayda günahsız Hindistan vətəndaşının həlak olması və yaralanması ilə nəticələnən terror hadisəsindən dərin təəssüfləndiyini bildirib, Hindistan hökumətinə və xalqına başsağlığı ifadə edərək deyib: “İran İslam Respublikası bu cür terror və qeyri-insani əməlləri qətiyyətlə pisləyir.”
Prezident regionda terror aktlarının artması tendensiyasına toxunaraq qeyd edib: “Bu acı hadisələr regiondakı bütün ölkələrin ortaq məsuliyyətini ikiqat artırır, bizdən terrorun köklərini qurutmağı və empatiya, həmrəylik və sıx əməkdaşlıq vasitəsilə xalqlarımız üçün davamlı sülh və əmin-amanlığı təmin etməyi tələb edir.”
Doktor Pezeşkiyan Hindistanın böyük liderlərinin qiymətli irsini təqdir edərək deyib: “Biz Hindistan xalqını dünyada sülh, dostluq və dinc birgə yaşamanın elçiləri olan Mahatma Qandi və Cəvih Ləl Nehru kimi görkəmli şəxsiyyətləri ilə tanıyırıq. Ümid edirik ki, bu strateji yanaşma və siyasət Hindistanın dünyanın bütün ölkələri ilə əlaqələrində bundan sonra da başda olacaq.”