Məsud Pezeşkiyan bazar günü jurnalistlərə deyib: “Yanğınsöndürənlər, xilasedicilər, İnqilab Keşikçiləri və Ordu da daxil olmaqla yardım qüvvələrinin Şəhid Rəcai Limanında yanğının qarşısını almaq üçün gecə-gündüz səyləri davam edir.”
Prezident yardım qüvvələrinin gecə-gündüz göstərdiyi səylərə görə minnətdarlığını bildirərək vurğulayıb: “Hökumət rəsmiləri Şəhid Rəcai Limanındakı problemləri izləmək, həll etmək və lazımi qarşılıqlı əlaqə yaratmaq üçün Hörmüzqana gəliblər.”
Prezident bir neçə dəqiqə əvvəl “Bəndər Abbasın 655 Şəhidi” Beynəlxalq Hava Limanına gəlib.
Yanğının söndürülməsi işlərinə birbaşa nəzarət, Bəndər Abbasdakı Xatəm Əl-Ənbiya xəstəxanasında Şəhid Rəcai Limanı partlayışı nəticəsində zərər çəkənlərə və yaralananlara baş çəkmək və Böhranın İdarə Edilməsi Qərargahının iclasında iştirak etmək Prezidentin Hörmüzqana bir günlük səfərinin məqsədlərindəndir.