Azərbaycan Respublikasının Prezidenti İran İslam Respublikasının Prezidenti doktor Məsud Pezeşkiyana ünvanladığı müraciətdə Şəhid Rəcai Limanında baş vermiş partlayış nəticəsində insan tələfatı ilə bağlı İran hökuməti və xalqına başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.
Məktubda bildirilir: “Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insan tələfatı və çox sayda yaralı barədə xəbər bizi son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.”