Tehran - İRNA - Prezident İranı sərmayə və ticarət üçün münasib platforma adlandırıb və deyib: Biz iqtisadi fəaliyyət və investisiya üçün xarici investorların və beynəlxalq iş adamlarının ölkəmizdə olmasını alqışlayırıq.

Bu gün səhər, 28 aprel 2025-ci il, bazar ertəsi, İran İslam Respublikasının 7-ci İxrac İmkanları Sərgisinin (İran Expo 2025) açılış mərasimində Məsud Pezeşkiyan sərgidə iştirak edən xarici qonaqları salamlayaraq dedi: “Xaricdə yalandan İranın imicinə xələl gətirilməsinə baxmayaraq, İran qonaqpərvər, istiqanlı və mehriban insanları olan ölkədir."

İranın iş adamlarının sərmayə qoyması və xarici turistlərin səfəri üçün əlverişli platforma olduğunu vurğulayan prezident deyib: Biz bu imkanla dünya üçün təhlükəsizlik və sülh baxımından yaxşı gələcək yarada bilərik. Sülh və təhlükəsizlik ticarət, investisiya və əməkdaşlıq yolu ilə yaradılacaq.

Biliklərimizi, imkanlarımızı, təcrübələrimizi başqa ölkələrə ötürməkdə heç bir məhdudiyyətimiz olmadığını vurğulayan prezident qeyd etdi: "Planet bütün insanlar üçün böyük bir ev kimidir və biz hamımız bir kökdən, fərqli simalardan, rənglərdən, dillərdən gəlirik. İnanırıq ki, biz hamımız bir millətik. İnsanlığa, biliyə və insanlara kömək etmək səyindən başqa heç kim digərindən üstün deyil".

Prezident çıxışının sonunda “Expo 2025” sərgisində qonaqların iştirakını yüksək dəyərləndirərək dedi: “Ümid edirəm ki, bu iştirak bizim aramızda empatiya və həmrəylik yaradacaq və bununla da bildirirəm ki, biz bu dəstəyə və empatiyaya tam hazırıq”.

Ölkəmizi beynəlxalq bazarlarla əlaqələndirməyə yönəlmiş ən böyük və ən mühüm ixrac tədbiri kimi yeddinci dəfə keçirilən "Iran Expo" sərgisi bu gün Tehranda prezidentin və 100-dən çox ölkədən şirkət nümayəndələrinin iştirakı ilə işə başlayıb.