Məsud Pezeşkiyan bazar ertəsi İran və Azərbaycan Respublikasından olan iş adamları və tacirləri ilə görüşündə deyib: “İnanıram ki, İranla Azərbaycan Respublikası arasında əlaqələri keçmişdə olduğu kimi, bir yerdə olduğumuz və bir-birimizlə əlaqələrimizin mövcud olduğu vaxt kimi inkişaf etdirə bilərik. Biz İran və Azərbaycan Respublikası xalqlarının elmi və mədəni nailiyyətlərini və istehsalatlarını bir-birimizə ötürməliyik, bir-birimizin maraqlarını düşünməli və uduş-uduş münasibətləri qura biləcəyimiz bir mühit yaratmalıyıq.”
Prezident İran ilə şərq və qərb, şimal və cənub arasında əsas keçidlərə toxunaraq deyib: “İran və Azərbaycan asanlıqla bütün kommunikasiyaları asanlaşdıra və ticarət, bilik, texnologiya, bacarıq və nəqliyyatın ötürülməsini asanlaşdıra biləcək kəsişmə nöqtəsindədir.”
“Qonşu prezidentlərlə görüşlərdə belə bir fikri qaldırdım ki, “nə üçün bizim Pakistanı İran və Azərbaycan Respublikası, Türkiyə, İraq və Səudiyyə Ərəbistanı ilə birləşdirə biləcək dəmir yolu nəqliyyatı magistralımız ola bilmir və geniş əlaqələrimiz yoxdur?” Biz oxşar mədəniyyətlərə və sivilizasiyalara malik, birlikdə yaşadığımız və əlaqələrimiz olan bir tarixə malik İslam ölkələrinin toplusuyuq. Biz qohum idik və indi də qohumuq. Bizim bütün qonşularımızla minlərlə il əvvələ gedən əlaqələrimiz var. Bu əlaqələrə əsaslanaraq, effektiv ünsiyyət üçün platforma təqdim etməyi bacarmalıyıq” - deyə, Prezident bildirib.
Pezeşkiyan çıxışının davamında deyib: “Belə bir platformanın təmin edilməsində ilk addım ticarət, elm və mədəniyyətdən başlayır. Universitetlərimiz bir-biri ilə əlaqə saxlamalı, elm və texnologiya transfer etməlidir. Bizim iş adamlarımız, sənətkarlarımız məhsul və bacarıqların ötürücüləri olmalıdırlar. Bu regionda malik olduğumuz bazar bizi dünyanın bütün hissəsindən müstəqil edə bilər. Bu, yalnız bizim iradəmiz və istəyimizlə mümkündür.”
Doktor Pezeşkiyan deyib: “Biz birlikdə işləyən bir-birinə bağlı qonşular toplusu olmalıyıq. Texnologiya və biliklərin ötürülməsi üçün bir platforma təmin etmək məqsədilə bir-birimizə yol açmalıyıq. Biz regionumuz üçün ümid, sülh, bilik, inkişaf və azadlıqla dolu bir gələcək qurmalıyıq. Biz regionun təhlükəsizliyini özümüz qorumalıyıq, başqa yerlərdən təhlükəsizliyimizi qorumaq üçün başqalarının gəlməsinə imkan verməməliyik. Böyüklərimiz bir yerdə oturub fikir ayrılıqlarını həll etməlidirlər. Əlbəttə, hansısa fikir ayrılığının olduğunu düşünmürəm. Aşağı səviyyədə olan bəziləri xarici təxribat vasitəsilə mədəni oxşarlıqları olan dost və qardaş ölkələr arasında nifaq salmağa çalışırlar.”
Prezident deyib: “İran və Azərbaycan Respublikası arasında uzun illər davam edən sağlam münasibətlərin bəzi insanlar tərəfindən uydurma bəhanələrlə məhv edilməsinə və problemlə qarşılaşdırmasına imkan verməməliyik.”