Ənsarullahın Qırmızı dənizdəki hərbi əməliyyatlarının davam etdiyini vurğulayan Əl-Buxeyti deyib: “Bu əməliyyat Amerikanın hücumlarından təsirlənməyib.”
Hərəkat rəsmisi Vaşinqtonun Ənsarullah qüvvələrini ağır itkilərə məruz qoyması ilə bağlı iddialarını da rədd edərək deyib: “ABŞ-ın itkilərimizlə bağlı verdiyi rəqəmlər düzgün deyil və hücumların şiddətinə baxmayaraq, itkilərimiz kiçik və əhəmiyyətsiz olub.”
Ənsarullah Hərəkatının siyasi ofisinin üzvü Amerikanın qaçqın mərkəzinə son hücuma toxunaraq əlavə edib: “Bizim bu obyektin yaxınlığında heç bir hərbi mövcudluğumuz yoxdur və mülki şəxslərin hədəf alınması Amerikanın çıxılmaz vəziyyətdə olduğunu və cinayətkar mahiyyətini nümayiş etdirir.”
“ABŞ-ın hücumlarının sayının artması hərbi məqsədlərdən daha çox media məqsədləri üçün nəzərdə tutulub və bizim imkanlarımıza o qədər də təsir etməyib” - deyə, o, qeyd edib.
Yəmən xəbər mənbələri bazar ertəsi səhər saatlarında ABŞ döyüş təyyarələrinin Yəmənin şimalındakı Səada şəhərindəki qaçqın düşərgəsinə hücum etdiyini bildirib.
Yəmənin Səhiyyə Nazirliyi bildirib ki, ABŞ-ın Səada əyalətindəki miqrant düşərgəsinə hücumu nəticəsində ilkin statistikaya əsasən, 60 afrikalı miqrant şəhid olub, 65 nəfər isə yaralanıb.