Bəqai X sosial şəbəkə hesabında yazıb: “Aprelin 29-u Kimyəvi Silahlar Konvensiyasının qüvvəyə minməsinin ildönümüdür.”
“İran xalqı üçün bu gün İran-İraq müharibəsi zamanı kimyəvi silahdan istifadə etməklə İran əsgərlərinə və mülki insanlara qarşı törədilmiş cinayətlərin təkrarlanmasının qarşısını almaq üçün qlobal konsensusun simvoludur” - o, qeyd edib.
Bəqai əlavə edib: “Ədalətin bərqərar olması üçün həqiqəti aşkar etmək lazımdır. Səddamın kimyəvi silahlarının hazırlanması və istehsalında istifadə olunan əşyaların və texnologiyaların tədarükçülərinin rolunun aydınlaşdırılması Xarici İşlər Nazirliyinin gündəliyində duran ciddi məsələdir.”