Tehran - İRNA - İşğal olunmuş Qüds ətrafında yanğınlar dalğası davam edir və yeni yanğın nöqtələri müəyyən edilib.

İRNA-nın cümə axşamı gecə Fələstin İnformasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, sionist rejimin “Sorucim” xəbər saytı qeyd edib ki, ən mühüm yeni yanğın nöqtəsi sionistlərin Şimali Qor bölgəsinin “Həmra” qəsəbəsi yaxınlığında baş verən böyük yanğındır.

Mənbənin sözlərinə görə, yanğının xarakteri və küləyin istiqaməti yanğının qəsdən törədildiyi ehtimalı ilə bağlı mülahizələrə səbəb olub.

İsrail mətbuatının verdiyi məlumata görə, ərazidəki 5 İsrail yaşayış məntəqəsi boşaldılıb, tıxac səbəbindən işğal altındakı Qüdsün mərkəzinə gedən yollar bağlanıb, Onlarla yanğınsöndürmə qrupu və bir yanğınsöndürən təyyarə hələ də yanğının qarşısını almağa çalışır.