Yəmən Ənsarullah Hərəkatının lideri Seyid Əbdülməlik Bədrəddin əl-Husi deyib: Bu həftə 1300-ə yaxın fələstinli şəhid olub və yaralanıb ki, onların da əksəriyyəti qadın və uşaqlardır.

İsrail Qəzzə zolağına qarşı təcavüzü ilə 7 mindən çox fələstinli ailəni tamamilə məhv edib. Qəzzədə ailələrə qarşı bu təcavüzləri və iyrənc cinayətləri soyqırım kimi tanımaq olar.

İsrail 18 mindən çox fələstinli uşağa qarşı kütləvi qətl cinayəti törədib və bu, məhdud coğrafi ərazidə çox dəhşətli cinayətdir.