İsmayıl Bəqai 3 may, şənbə günü X sosial şəbəkəsində yazıb: “Ümumdünya Mətbuat Azadlığı Günü Qəzzə müharibəsinin reallıqlarını əks etdirmək və sionist rejimin fələstinlilərə qarşı vəhşicəsinə soyqırımını ifşa etmək üçün son iki il ərzində həyatlarını riskə atan jurnalistlərin, fotoqrafların və videoqrafların cəsarət və şücaətini xatırladır.”
“Bu gün biz fələstinlilərin təsvirolunmaz iztirablarını, sionist rejimin cinayətlərini, işğalını və kütləvi qətl siyasətini sənədləşdirən 200-dən çox media əməkdaşını ehtiramla anırıq” - deyə, o, əlavə edib.
Bəqai qeyd edib ki, bu media əməkdaşlarının bir çoxu ifşa etməyə çalışdıqları soyqırım kampaniyasının qurbanı oldular. ABŞ və sionist rejimin cinayətlərinin digər tərəfdarları və bəhanəçiləri bu ağır cinayətlərdə ortaqdırlar və cavab verməlidirlər.