Şavan Cəbbarin deyib: Qəzza 60 gündən çox şiddətli mühasirə, planlaşdırılmış aclıq, humanitar yardımın qarşısının alınması və bütün keçidlərin bağlanmasından sonra görünməmiş humanitar fəlakətlə üzləşib.
O, əlavə edib: Bu fəlakətli dövr səhiyyə və humanitar xidmətlərin tamamilə çökməsi və sakinlərin güzəranının getdikcə pisləşməsi ilə Qəzzanı cəhənnəmə çevirib.
Cəbbarin sözünə davam edərək deyib: Ərzaq və tibbi avadanlıqların, o cümlədən yanacaq və unun zolağa daxil olmasının qarşısının alınması sakinlərin vəziyyətini kritik həddə artırıb. Sakinlər fəlakətli şəraitdə yaşayırlar. Aclıq faciəsi yaxınlaşır, minlərlə mülki insan günlərlə gündəlik ruzisini təmin edə bilməməkdən aclıqdan ölür.