Böyük Həcc toplantısı ərəfəsində Ali Məqamlı Rəhbərin nümayəndə heyəti, Həcc və Ziyarət Təşkilatının rəsmiləri, eləcə də iranlı zəvvarların Həcc işləri üzrə məsul işçiləri bu gün (bazar günü) İmam Xomeyni (r) Hüseyniyyədə İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei ilə görüşüblər.
Onun bu görüşdəki çıxışının ən mühüm məqamları bunlardır:
- Həcc yeganə vacibatdır ki, forması, zahiri və tərkibi 100% siyasidir.
- Həcc bəşəriyyətin xeyrinədir və İslam ümməti üçün vəhdətdən böyük fayda yoxdur.
- İslam ümmətinin vəhdəti olsaydı, Fələstin və Qəzzə məsələləri baş verməz və Yəmənə bu cür təzyiqlər edilməzdi.
- Təvaf bəşəriyyətə öyrədir ki, hökumət, məişət, iqtisadiyyat, ailə və həyatın bütün məsələləri tövhid ətrafında qurulmalıdır. Çünki belə olan halda, vəhşiliklər, uşaq qətlləri, həddi aşmaq olmaz, dünya cənnətə çevrilər.
- Həccin bütün əməlləri bəşəriyyətin həyatı üçün istiqamətvericidir.
- Ölkə rəsmiləri, alim və ziyalılar, yazıçılar, ictimai rəyə təsir edən insanlar həcclə bağlı həqiqətləri insanlara izah etməyə borcludurlar.