Preziden əlavə edib: “Öz gələcəyimizi və ölkəmizin gələcəyini qurmaq istəyiriksə, uşaqlarımıza vaxt ayırmalı, planımız olmalıdır. Siz müəllimlər bizim övladlarımıza oxumağı, işləməyi, ölkə quruculuğuna faydalı olmağı öyrədirsiniz.”
Prezident ölkədə uşaqların təhsillə təmin olunmasında təhsil ədalətinin olmasını və ayrı-seçkiliyin aradan qaldırılmasının zəruriliyini bir daha qeyd edərək deyib: “Əgər biz ölkəni qurmaq istəyiriksə, pulu olan bir neçə adamı yox, hamını görməliyik. Biz yuxarı imkanı olmayanları görməliyik və bütün şagirdlər üçün bərabər təhsil imkanları yaratmalıyıq.”