Xarici İşlər Nazirliyinin mətbuat katibi Sudanda baş verən böyük köçkünlük və aclıq fəlakətinə toxunaraq, beynəlxalq ictimaiyyəti, beynəlxalq təşkilat və qurumları münaqişələrin dayandırılması və Sudan xalqına humanitar yardım göndərilməsi üçün üzərinə düşən vəzifələri yerinə yetirməyə çağırıb.

Xarici İşlər Nazirliyinin mətbuat katibi bu gün Port Sudan şəhərində hava limanına və mülki obyektlərə edilən pilotsuz təyyarə hücumunu pisləyərək, elektrik stansiyaları, xəstəxanalar, su təmizləyici qurğular və mülki hava limanları kimi mülki şəhər obyektlərinə edilən hücumların davam etməsindən narahatlığını bildirib və mülki şəxslərə qarşı hücumların dayandırılmasını istəyib.