Şübhəsiz ki, yəmənlilərin Fələstin xalqına dəstək aksiyası onların fələstinli qardaş və bacıları ilə insani və islami həmrəylik hissindən irəli gələn müstəqil bir qərar idi. Bunu İran İslam Respublikasına aid etmək sionist rejimin işğal olunmuş Fələstindəki cinayətlərinə kölgə salmaq, uğursuzluqlarını ört-basdır etmək və Qərbi Asiya regionunda təhlükəsizliyin daha da artması üçün bəhanə axtarmaq məqsədi daşıyan yalnış və azğın iddiadır.
Xarici İşlər Nazirliyi İran İslam Respublikasının ölkələrin ərazi bütövlüyü və milli suverenliyinə hörmət edilməsinin zəruriliyi ilə bağlı prinsipial mövqeyini vurğulayaraq, ABŞ-ın Yəmənə hərbi hücumlarını BMT Nizamnaməsinin və beynəlxalq hüququn əsas qaydalarının kobud şəkildə pozulması kimi pisləyir.
İran İslam Respublikasının Xarici İşlər Nazirliyi bu hücumların davam etdirilməsinin Qərbi Asiya və Qırmızı dəniz regionunun təhlükəsizliyi və sabitliyinə təhlükəli nəticələri və təsirlərini xatırladaraq, bütün regionda davam edən əmin-amanlığın əsas səbəbi kimi həmişə işğal olunmuş Fələstində soyqırım və qətllərə son qoymağa çağırıb.
İran İslam Respublikası İran övladlarının, İran xalqının təhlükəsizliyi və milli maraqlarına zidd olan hər cür şər və qeyri-qanuni hərəkətə qarşı özlərini hərtərəfli müdafiə etmək əzmində olduğunu vurğulayaraq, ABŞ və sionist rejimin sevimli vətənimizə qarşı son təhdidlərini pisləyir və bunun Amerika hökuməti və terrorçu sionist rejim üzərindəki təsir və nəticələrinə görə məsuliyyət daşıyır.