Tehran - İRNA - Xarici İşlər naziri yazıb: “Əgər son məqsəd prezident Trampın dəfələrlə dediyi kimi, yəni “onların malik ola bilməyəcəyi yeganə şey nüvə silahıdır”sa, razılaşma əldə edilə bilər, amma buna nail olmağın yalnız bir yolu var: hörmətə və qarşılıqlı maraqlara əsaslanan diplomatiya.”

Xarici İşlər naziri Seyid Abbas Əraqçi X sosial şəbəkəsi hesabında yazıb: “Netanyahunun Qəzzədə soyqırım cinayətini ölümcül silahlar göndərməklə dəstəkləmək və Yəməndə Netanyahunun tərəfindən müharibə aparmaq Amerika xalqı üçün heç bir nəticə vermədi.”

“Netanyahu həyasızcasına prezident Trampa İranla diplomatiyasında nəyi edə biləcəyini və nəyi edə bilməyəcəyini diktə etməyə çalışır. Dünya həmçinin Netanyahunun ABŞ hökumətini regionumuzda növbəti fəlakətə sürükləmək üçün birbaşa müdaxilə etdiyini başa düşdü” - deyə, nazir əlavə edib.

Əraqçi mesajının davamında qeyd edib ki, Netanyahu məğlub olmuş Bayden komandasını aldadaraq, amerikalı vergi ödəyicilərinin 23 milyard dollarını onun əlindən aldı. Bu məbləğ onların İrana qarşı etmək istədikləri hər hansı yanlış gedişin dəyəri ilə müqayisədə rəqəm hesab olunmur.