Tehran - İRNA - Yəmən Ənsarullahının İnformasiya Təşkilatının sədr müavini sionist rejim və ABŞ-ın Yəmənin Hudeydə limanına birgə hücumuna cavab olaraq bildirib ki, biz bu bombardmanlara mütləq cavab verəcəyik.

Yəmənin Ənsarullah hərəkatının liderlərindən olan Nəsrəddin Amir İsrail rejiminin bombardmanlarına cavab verəcəklərini, dəniz və hava blokadasını ləğv etməyəcəklərini, Qəzza zolağına dəstək olaraq hərbi əməliyyatlarını davam etdirəcəklərini qeyd edib.

Yəmən ərazisinə qarşı xarici təcavüzün davamı olaraq, yerli mənbələr bazar ertəsi gecə ABŞ və İsrailin ölkənin qərbindəki mühüm Hudeyda limanına birgə hərbi hücumu barədə məlumat yayıblar.