Ölkəmizin Xarici İşlər nazirinin müavini, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Səid Xətibzadə bu gün “Azərbaycan Respublikası ilə İran arasında regional proseslər çərçivəsində münasibətlər” mövzusunda keçirilən iclasda deyib: “Azərbaycan Respublikası İran üçün böyük əhəmiyyət kəsb edir və iki ölkəni sıx əlaqələr və ümumi istəklər birləşdirir.”
İkitərəfli münasibətlərin yeni və perspektivli mərhələyə qədəm qoyduğunu qeyd edən Xətibzadə İran Prezidentinin Azərbaycan Respublikasına son səfərini dönüş nöqtəsi hesab edib.
O, həmçinin iki ölkə arasında süni maneələrin aradan qaldırılması və əlaqələrin daha da yüksək səviyyəyə qaldırılmasının vacibliyini vurğulayıb.
Azərbaycan Respublikasının İranın qonşularına qarşı siyasətində mühüm mövqe tutduğunu vurğulayan Xətibzadə doktor Pezeşkiyanın bu ölkəyə səfərini həmin siyasətin bariz nümunəsi hesab edib.
Xətibzadə həmçinin iki xalq arasında tarixi-mədəni əlaqələrin əhəmiyyətinə diqqət çəkərək deyib: “Süni maneələr aradan qaldırılmalı və təbii bağlar maksimum gücünə qədər gücləndirilməlidir. Regionda cərəyan edən geosiyasi və geoiqtisadi proseslər siyasət yanaşmalarının da bu proseslərə uyğunlaşdırılmasını tələb edir.”“Tehran Ermənistan və Azərbaycan Respublikası arasında imzalanacaq sülh sazişini dəstəkləyir” - deyə, o, qeyd edib.
Bu tədbir çərçivəsində Azərbaycan Respublikasının Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzi arasında anlaşma memorandumu imzalanıb.
İmzalanmış memoranduma əsasən, bu iki mərkəzin məqsədi akademik mübadilə və birgə layihələrin həyata keçirilməsi əsasında qarşılıqlı faydalı əməkdaşlıq qurmaqdır.
Sənədi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Direktorlar Şurasının sədri Fərid Şəfiyev və Xarici İşlər nazirinin müavini, Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Səid Xətibzadə imzalayıblar.
Şəfiyev çıxışında İran Prezidenti Məsud Pezeşkiyanın Azərbaycan Respublikasına rəsmi səfərini ikitərəfli münasibətlərdə müsbət hərəkatın əlaməti kimi qiymətləndirib.
O, bu görüşün strateji dialoqun canlanmasında, qarşılıqlı etimadın möhkəmləndirilməsində, praktiki əməkdaşlıq çərçivələrinin genişləndirilməsində dönüş nöqtəsi olduğunu vurğulayıb.