Publish Date: 8 may 2025 - 23:29

Nəhayət, Vatikanda kardinallar tərəfindən iki günlük müzakirə və səsvermədən sonra ABŞ-dan olan kardinal Robert Fransisk Prevo 267-ci Papa və dünyadakı 1,4 milyard katoliklərin yeni lideri seçildi.

Yeni Papa, Papa XIV Leo kimi tanınan kardinal Robert Fransisk Prevo Müqəddəs Pyotr Bazilikasının mərkəzi eyvanında qarşılanıb. O, İllinoys ştatının Çikaqo şəhərindəndir və 69 yaşındadır, mərhum Papa Fransiskin yaxın adamı və dünya katoliklərinin Amerika əsilli ilk lideridir.

Amerikanın CNN şəbəkəsi yeni Papa haqqında deyib: “Dünya təcrübəsi olan lider, karyerasının çox hissəsini Cənubi Amerikada missioner kimi keçirib. O, ən son Vatikanın yepiskopların təyin edilməsi üzrə güclü ofisinə rəhbərlik edib. Onun Papa Fransiskin islahatlarını davam etdirəcəyi gözlənilir.”