Publish Date: 10 may 2025 - 14:50

Tehran - İRNA - Sionist rejim ordusu Qəzzə zolağında 9 əsgərinin yaralandığını açıqlayıb.

Sionist rejim ordusu şənbə günü bildirib ki, Qəzzə zolağının şimalında yerləşən Qəzzə şəhərinin Şucaiyyə bölgəsində bu gün səhər saatlarında törədilən bombanın partlaması nəticəsində 9 əsgər yaralanıb.

Sionist rejim ordusunun məlumatına görə, yaralananlardan ikisi yüksək rütbəli zabitlərdir ki, onlardan biri 6310-cu batalyon komandiri, digəri isə 252-ci batalyon komandirinin müavinidir.

Bu gün səhər saatlarında sionist rejim mediası Şucaiyyə bölgəsində sionist əsgərlərinin iştirak etdiyi təhlükəsizlik insidentindən bir neçəsinin yaralandığını bildirib.