“New York Times” qəzetinin analitik hesabatında maliyyə ekspertləri və iqtisadi analitiklər ABŞ-da iqtisadi qeyri-sabitliyin artması barədə xəbərdarlıq ediblər və Amerika ev təsərrüfatları üçün təcili qənaətin vacibliyini vurğulayıblar.
Bu təhlil ABŞ prezidenti Donald Trampın ticarət və tarif siyasətinin bir çox vətəndaşlar arasında çaşqınlıq və narahatlığa səbəb olduğu, beynəlxalq bazarlarda gərginlik yaratdığı, inflyasiya və mümkün tənəzzüllə bağlı narahatlıqları artırdığı bir vaxtda dərc edilib.
“New York Times” qəzetinin yazdığına görə, əmək bazarının sabit qaldığı və işsizlik səviyyəsinin aprel ayında 4,2%-ə çatdığı bir vaxtda, gələcəklə bağlı qorxular və maliyyə bazarlarındakı şiddətli dəyişkənlik, daha güclü fiskal qalxana ehtiyacı hər zamankindən daha çox hiss etdirib.
“Heç kim gələcəyi proqnozlaşdıra bilməz”; bu cümləni şəxsi maliyyə sahəsində məşhur kitabların müəllifi Ramit Seti “New York Times” qəzetinə müsahibəsində bəyan edib və əlavə edib: "Ümid edirəm ki, hər şey yaxşı olacaq, amma belə olmasa, təcili pul ehtiyatının olması maliyyə sağ qalmamız və ya çöküşümüz arasında fərq ola bilər."