Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi Hindistan və Pakistan arasında atəşkəs elan edilməsini alqışlayaraq, gərginliyin azaldılması və regionda sülhün davamlılığını təmin etmək üçün iki ölkənin bu fürsətdən istifadə etmək səylərinin vacibliyini vurğulayıb.

İsmayıl Bəqai iki ölkə liderlərinin qarşıdurmaları dayandırmaq üçün müdrikliyinə toxunaraq, bunu məsuliyyətli və müdrik bir addım adlandırıb, Hindistan və Pakistan arasında vəziyyətin ən qısa zamanda normallaşacağına ümid etdiyini bildirib.