İran Prezidenti hökumət heyətinin iclasında deyib: “İranın nüvə fəaliyyəti dinc xarakter daşıyır və Ali Məqamlı Rəhbərin fətvasına əsaslanır və onun əldə etdiyi nailiyyətlər şəhidlərin qanı və alimlərin zəhmətinin nəticəsidir ki, bunu müzakirə etmək olmaz.”
Prezident əlavə edib: “Nüvə texnologiyası ölkənin səhiyyə, kənd təsərrüfatı, sənaye və ətraf mühit sahələrində tərəqqisi üçün vacibdir və İran təzyiqlər qarşısında öz hüquqlarından geri çəkilməyəcək.”
“İran sülhsevər olduğunu sübut etmək üçün danışıqlara hazırdır və öz milli maraqlarını və elmi nailiyyətlərini qətiyyətlə müdafiə edəcəkdir” - deyə, Pezeşkiyan qeyd edib.