Xarici İşlər naziri Seyid Abbas Əraqçi X sosial şəbəkəsində “Netanyahu və Dermer ABŞ və HƏMAS-ın amerikalı məhbusların azad edilməsinə dair razılaşmasının qarşısını almağa çalışdılar” başlıqlı xəbəri yenidən dərc edərək bunu sionist rejim baş nazirinin “çoxsaylı” təxribatçı hərəkətlərindən bir ovuc kimi qiymətləndirib.
Times of Israel qəzeti yaydığı xəbərdə bildirib ki, sionist rejimin baş naziri və bəzi digər rəsmiləri HƏMAS tərəfindən israilli əsirlərin mübadiləsi ilə bağlı danışıqların detallarını açıqlayıblar. Amerika rəsmilərindən biri hesab edir ki, sionist rejim rəsmiləri kimin əsir mübadiləsinə qarşı olmasının ifşa olmasından narahatdır.