Ölkə Premyer Liqasının 30-cu turunda çıxış edən “Traktor Təbriz” və “İstiqlal Xuzistan” futbol komandaları arasında cümə axşamı axşam saatlarında (15 may 2025) Əhvazdakı Qədir stadionunda keçirilən oyun “Traktor”un 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə Traktorlar 68 xal toplayıb və 24-cü İran Premyer Liqasının (Fars Körfəzi Kuboku) çempionluq kubokunu başı üzərinə qaldırıb. Bu komanda liqanın sonuna kimi iki həftə ərzində çempionluğunu təmin edə bildi.