Prezident bildirib ki, biz çoxlu elitar gənclər yetişdirmişik, bir çox elmi nailiyyətlər əldə etmişik, lakin ölkəmizdə biliklərin məhsula çevrilməsi və bazara təqdim edilməsi strukturu tam və səmərəli struktur olmadığından, o qədər də gözə dəymir.

Prezident deyib: "Peyvənd ekosisteminin texnologiya qülləsinin tikintisi bu çatışmazlıqları aradan qaldıra və ölkənin perspektiv sənədinin ruhlandırıcı məqsədinin təzahürü ola bilər."

Ölkədə "peyvənd ekosistemi texnologiya qülləsinin qurulması" ideyasını həyata keçirmək üçün insan ekosistemi və peyvənd istehsalı sahəsində texnologiya qüllələrinin ən yaxşı qlobal modellərini müqayisə etmək məqsədilə iclas doktor Məsud Pezeşkiyan tərəfindən təqdim edilmişdir. İclas bu cümə günü günortadan sonra Prezident Administrasiyasının rəhbəri, Prezidentin icra işləri, elm, texnologiya və biliyə əsaslanan iqtisadiyyat üzrə köməkçiləri, səhiyyə, müalucə və tibb təhsili, kənd təsərrüfatı cihadı nazirlərinin iştirakı ilə keçirilib.

Bu qüllənin peyvənd ekosisteminin yaradılması, ölkənin vaksin sənayesində ən böyük biotexnologiya mərkəzi və lideri, regional peyvənd tədqiqat və inkişaf mərkəzi və ölkənin ən böyük tədqiqat və inkişaf mərkəzi kimi tikilməlməsi planlaşdırılır.

Doktor Pezeşkiyanın ilkin təklifinə görə, ölkədə insan ekosistemi və insan və heyvan sektorunda ən qabaqcıl bilik səviyyəsində fəaliyyət göstərə bilən müasir peyvənd istehsalı mərkəzinə malik olması üçün ölkə başçısının Əlborz vilayətində yerləşən Razi Serum və Vaksin Araşdırma Mərkəzinə səfəri zamanı bu qüllənin tikintisi ciddi şəkildə gündəmə gətirilib.