Bəndər Abbas - İRNA - İran İslam Respublikası Dəniz Qüvvələrinin komandanı böyük missiyaların gündəmdə olduğunu bildirərək deyib: "İran Hərbi Dəniz Qüvvələrinin 86-cı Donanması İslami İranın qüdrətini və tərəqqisini dünyaya nümayiş etdirdi."

İran Hərbi Dəniz Qüvvələrinin 86-cı Donanmasının geri qayıtmasının ikinci ildönümündə şənbə günü admiral Şəhram İrani deyib: "Biz 86-cı Hərbi Dəniz Donanmasının 220 günlük missiyasını dəqiq planlaşdırma ilə uğurla başa çatdırmaq şərəfinə nail olduq və bu ölkənin qüdrətini, İran mədəniyyətini, beynəlxalq sularda tibb və sənaye nailiyyətlərini dünyaya nümayiş etdirdik."

Admiral əlavə edib: "Hərbi Dəniz Donanması hazırda gəmiləri müşayiət edir və beynəlxalq sularda missiyalar həyata keçirir."

İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin komandanı deyib: "Bu qüvvənin gündəmində böyük missiyalar var."

İranlı admiral jurnalistlərə açıqlamasında deyib: "Hərbi Dəniz Qüvvələri dənizdə ölkəmizin maraqlarını qorumaq və müdafiə etmək üçün məsuliyyət daşıyır.  Gündəlikdə böyük missiyalarımız var ki, onları qərargah elan etdikdən sonra həyata keçirəcəyik."

“Biz tezliklə suüstü və sualtı gəmilər sahəsində yeni əlavələr görəcəyik. Həmçinin, mövcud gəmilərin qabiliyyətinin artırılması da gündəmimizdədir" - deyə, admiral qeyd edib.