Publish Date: 18 may 2025 - 11:32

"Ömər Xəyyam Nişapuri" (tam adı: Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri) (Hicri-şəmsi təqvimilə 28 Ordibeheşt 427-ci ildə Nişapurda anadan olub - hicri 12 Azər 510-cu ildə Nişapurda vəfat edib), Xəyyami, Xəyyam Nişapuri və Xəyami Əl-Nisaburi kimi də tanınır. Səlcuqlar dövründə İranlı filosof, riyaziyyatçı, astronom və rübai şairi idi.

Baxmayaraq ki, Xəyyamın elmi məqamı onun ədəbi məqamından üstündür və adı “Hüccətül-həqq” (Həqiqətin sübutu) idi; Amma onun şöhrəti dünyaca məşhur olan rübailər yazması ilə daha ucalmışdır. Xəyyamın rübailərinin əksər böyük dillərə tərcüməsi ilə yanaşı, Edvard Fitscerald da  onun rübailərini ingilis dilinə çevirib və bu da onu Qərbdə daha da məşhurlaşdırıb. Mayın 18-i təqvimdə dahi Ömər Xəyyam Nişapurinin doğum gününü qeyd etmək üçün Xəyyamın Anım Günü adlandırılıb.