"Tehran Dialoq Forumu 2025" çərçivəsində və Qətərin Baş naziri və Xarici İşlər Naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə görüşdə Məsud Pezeşkiyan iki ölkə arasındakı qardaşlıq və səmimi münasibətləri vurğuladı və ümidvar olduğunu bildirdi ki, qarşılıqlı fəaliyyət və əldə olunmuş razılaşmalar ən qısa müddətdə həyata keçiriləcək və iki ölkənin xalqlarının ümumi maraqları öz əksini tapacaqdır.
Prezident əlavə etdi: “Şübhəsiz ki, birgə layihələr reallaşarsa, ikitərəfli əməkdaşlıq güclənərsə, regionun siması da müsbət dəyişikliklərə məruz qalacaqdır”.