Tehran - İRNA - Xarici İşlər naziri regionun İran və ABŞ arasında danışıqları dəstəklədiyinə, hətta mövcud anlaşılmazlıqları aradan qaldırmağa və perspektivləri yaxınlaşdırmağa çalışdığına işarə edərək deyib: "İran-ABŞ danışıqları regional sülh və sabitlikdə təsirli rol oynaya bilər."

Tehran Dialoq Forumunun ikinci və sonuncu günü çərçivəsində jurnalistlərə açıqlama verən Xarici İşlər naziri Seyid Abbas Əraqçi deyib: "Xarici ziyalılar, qonaqlar və rəsmilər tərəfindən Tehran Dialoq Forumunun qəbul səviyyəsi fövqəladə idi. Bu konfrans bizim üçün böyük təcrübə oldu və göstərdi ki, Tehran regional və beynəlxalq arenada fikir mübadiləsi mərkəzi ola bilər. Dünən və bu gün müxtəlif formalarda, o cümlədən mühazirələr, təkbətək söhbətlər, debatlar olmaqla 50 söhbət aparılıb."

İştirak edən yüksək rütbəli məmurların sayının əhəmiyyətli olduğunu Xarici İşlər naziri qeyd edib ki, Forumun bu raundunda regiondan 6 xarici işlər naziri, iki yüksək vəzifəli məmur və çoxlu sayda xarici işlər nazirinin müavinləri, həmçinin keçmiş nazirlər, keçmiş prezidentlər və keçmiş nazirlər iştirak edirdi.

"Mən özüm dünəndən və açılış sessiyasından sonra davamlı olaraq iclaslar keçirirəm" - dəyə, Əraqçi bəyan edib.