Məsud Pezeşkiyan bu bazar ertəsi axşam İraq Respublikasının baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseynlə görüşdə İran və İraq xalqı arasındakı dərin və tarixi əlaqələrə toxunaraq deyib: İran İslam Respublikası ilə İraq arasındakı əlaqələr təkcə bu gün və dünənlə məhdudlaşmır, minlərlə il əvvələ söykənən köklü təməllərə söykənir. Sərhədin hər iki tərəfindəki insanlar arasında etnik, dil və mədəni ümumiliklər iki xalq arasında münasibətlərin dərinliyini əyani şəkildə nümayiş etdirən qırılmaz bağlardan xəbər verir.
Prezident iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş potensiala toxunaraq əlavə edib: Ticarət, sənaye, səhiyyə, akademik əməkdaşlıq, elm və texnologiya və investisiya da daxil olmaqla müxtəlif sahələrdə qarşılıqlı əlaqələrimizi genişləndirə bildiyimiz dərəcədə, şübhəsiz ki, iki ölkə və iki xalq üçün qarşılıqlı və bir-birini tamamlayan faydalar olacaqdır.
Pezeşkiyan həmçinin iki ölkənin sərhəd əyalətlərinin valiləri arasında yaxşı münasibətdən məmnunluğunu ifadə edərək, bu qarşılıqlı əlaqələri sərhəd ticarətinin və regional sinerjinin inkişafı üçün uyğun platforma hesab edərək qeyd edib: Xüsusilə nəqliyyat və dəmir yolu xətləri sahələrində birgə layihələrin tamamlanmasının sürətləndirilməsi İran və İraq arasında əlaqələri gücləndirəcək.
Prezident çıxışının başqa bir hissəsində İran və ABŞ arasında dolayısı danışıqlara toxunaraq deyib: Əgər ABŞ hökuməti İranın nüvə silahı hazırlamasından narahat olduğunu iddiasında səmimidirsə, biz onlara bununla bağli əminlik verəcəyik, amma İran İslam Respublikası heç vaxt zorakılığa boyun əyməyəcək və öz xalqını səhiyyə, müalicə, kənd təsərrüfatı və sənaye sahələrində nüvə sənayesinin dinc nailiyyətlərindən məhrum etməyəcək. Biz xalqımızın inkişafı və tərəqqisi üçün heç kimdən əmr və ya icazə almırıq.