Bu təlim bu gün səhər saatlarında işğaldan azad edilmiş Qarabağın ərazisində xüsusi təlim və döyüş məşqləri ilə davam etdirilib.

SEPAH Quru Qoşunları və Azərbaycan Respublikası Ordu komandoları aşağıdakı təlimləri həyata keçiriblər:

  • Hədəf yüksəkliklərini tutmaq üçün hücum əməliyyatları;
  • Qeyri-qanuni mütəşəkkil silahlı dəstələrin təqib edilməsi və məhv edilməsi üzrə əməliyyatlar;
  • Mexanikləşdirilmiş, hava-desant və piyada qüvvələrinin cəlb olunduğu birləşmiş təlimlərin keçirilməsi.

Bu təlimlər uğurla və əməliyyat bölmələri arasında koordinasiyanın dəqiqliyini artırmaq məqsədi ilə həyata keçirildi.