Məqalənin tam mətni aşağıda təqdim olunur:
Allahın adı ilə
İstəyirdim, heç vaxt qalmayım dostsuz
Lakin, bu puç arzu idi, sözsüz
Hafiz
Əfsus, Ali-Haşim
Mayın 20-si Prezident Ayətullah Rəisinin və onu müşayiət edənlərin helikopter qəzasında şəhid olduğu gündür. Mən şəhid Rəisi, şəhid Əmir Abdullahiyan, şəhid Rəhməti və şəhid Ali-Haşimlə uzun müddət dost və tanış olmuşam, lakin bu yazıda Ayətullah Ali-Haşim haqqında xüsusi olaraq söz açmaq istəyirəm.
Cənab Ali-Haşimlə tanışlığım onun Ali Məqamlı Rəhbərin Ordu üzrə nümayəndəsi olduğu illərə təsadüf edir. Həmin illərdə o, bəzən məni müxtəlif münasibətlərdə hərbi qulluqçular üçün çıxış etməyə dəvət edirdi. Amma “Hac ağa”nı öz şəhəri Təbrizə cümə imamı təyin olunanda daha yaxından tanıdım.
Cənab Ali-Haşim Təbrizin cümə imamı vəzifəsində həm özünün, həm də cümə imamı olmağın başqa bir simasını nümayiş etdirdi. O, təqvası və tədbiri ilə cümə namazına rövnəq bəxş etdi, ixlas və doğruluğu ilə insanların qəlbini özünə cəlb etdi, cümə namazını İslam ümmətində ümmətin və imamın vəhdətinin aydın simvoluna çevirdi. Özünün dediyi kimi, təkcə cümə imamı deyil, həm də həftənin bütün günlərinin imamı idi. Ayətullah qeyri-adi şəkildə zəhmətkeş idi. O, hər yerdə, bazarda, xiyabanda, küçədə, universitetdə, dini məktəbdə, dövlət idarələrində, şəhid və imkansız insanların evlərində, hətta stadionda və “Traktor” futbol komandasının azarkeşləri arasında idi və hər yerdə insanların problemləri həll etmək, onlara xidmət etmək haqqında düşünürdü. Onun evinin qapısı yüksək vəzifəli məmurlardan tutmuş, sadə insanlara qədər hamının üzünə açıq idi. Hər kəsin dərdini mehribanlıqla dinləyib, insanların problemlərinin həlli üçün tədbirlər görürdü. Cənab Ali-Haşim cümə imamının mükəmməl örnəyi idi. O, cümə imamlığının yeni səviyyəsini yaratdı və davranışı ilə bütün ölkə üzrə gənc cümə imamlarına insanlarla necə davranmağı öyrətdi. O, öz mənəvi şəxsiyyəti və müdrik rəftarı ilə insanlara İslam hökumətinin şirin dadını dadızdırırdı. Ali-Haşim xalqın kiçik və fərdi problemləri ilə məşğul olduğu halda, ümumi və mühüm məsələlərə diqqət yetirməyi də diqqətdən kənarda qoymurdu. Ali-Haşim küçə və bazarlarda sadə insanların məsələ və problemlərinə diqqət yetirdiyi kimi Təbriz əyaləti və şəhərinin ümumi məsələlərinə və problemlərinə diqqət yetirirdi. Onun cümə imamı olduğu vaxtda bir dəfə Şəhriyar günü, bir dəfə isə Həkim Nizami günü münasibətilə Təbrizə etdiyim iki səfərdə mənim çıxış etdiyim bütün məclislərimdə iştirak etdi. Özü də fars dili və onun əhəmiyyəti haqqında çıxışlar edirdi.
Ayətullah əsl azərbaycanlı, qeyrətli və vətənpərvər bir iranlı idi. O, təfriqə iyi verən hər hansı məsələyə həssaslıqla yanaşırdı, ifratdan uzaq, ata kimi və müdrikcəsinə reaksiya verirdi. Onun əyalətdə olması gəmini balanslaşdıran lövbər rolunu oynayırdı. Ölkənin ümumi məsələlərinə və əcnəbilərin hərəkətlərinə, təxribatlarına da qarşı çox diqqətli idi.
Onunla dost olan, onun mənəvi və insani yolunu uzaqdan-yaxından izləyən mənim ona sevgim günü-gündən artırdı. Bəzən Təbrizə səfərim zamanı o şəhərdə iki gün qalsaydım, tez-tez ona baş çəkir, onunla görüşürdüm.
Çox əfsus ki, 1402-ci il ordibehiştin 30-u (20 may 2024) bazar günü o qəribə axşam və o acı, kədərli hadisədə Təbriz əhalisi və bütün İran xalqı onun kimi nüfuzlu və faydalı bir şəxsiyyəti itirdi. O qaranlıq və işıqlı havada aşiqlərinin, fədailərinin canlarının dərinliklərindən “Hac ağa, hardasan” deyə fəryad etdikləri yadıma düşəndə qəmdən ürəyim qan olur, gözlərim yaşla dolur.
Onun şəhid olması ilə bağlı bütün Təbriz əhalisinə, bütün azərbaycanlılara və bütün iranlılara başsağlığı vermək lazımdır. Allah rəhmət etsin, göylərdə, qeyb və mələkut aləmində Allah övliyalarının yanında uca məqamı olduğu kimi insanların qəlbində də uca məqamı vardır. Bəli, o, yer üzündə sevimli olduğu kimi göylərdə də sevimlidir.
Onun şəhadətindən sonra meşənin dumanlı qürubu onun acı və əbədi ayrılığını xatırlayacaq. Dağlar onun möhtəşəmliyini və möhkəmliyini xatırlayacaq. Sübhün nəsimi onun pak və mehriban qəlbindən söz açacaq. Çaylar onun aydın batinindən danışacaq. Təbriz əhalisi öz sevgisini heç kimdən əsirgəməyən mehriban atanı yad edəcək.
Qulaməli Həddad Adil
20 may 2025