Tehran - İRNA - Xarici İşlər nazirinin beynəlxalq hüquq məsələləri üzrə müavini deyib: “Birtərəfli sanksiyalar insan hüquqlarını pozur və zərərçəkmişlərin ədalət məhkəməsinə çıxışı itkin halqadır.”

Xarici İşlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazim Qəribabadi Tehranda keçirilən Birtərəfli Sanksiyalar üzrə Beynəlxalq Konfrans çərçivəsində birtərəfli məcburetmə tədbirlərinin insan hüquqlarının həyata keçirilməsinə mənfi təsiri üzrə xüsusi məruzəçi xanım Alena Doohan ilə görüşüb və birtərəfli sanksiyaların təsirlərini müzakirə edib.

Qəribabadi bu görüşdə birtərəfli sanksiyaların Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüquqa zidd olduğunu vurğulayaraq deyib: “Birtərəfli sanksiyalar tətbiq edən hökumətlər, bu qeyri-qanuni tədbirlərin tətbiqi ilə sanksiyalar altında olan xalqların insan haqlarını pozmasında məsuldurlar və cavab verməlidirlər.”

Xarici İşlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini əlavə edib: “Son illərdə birtərəfli sanksiyaların qurbanlarının səsini eşitdirmək üçün xüsusi məruzəçi tərəfindən çoxlu səylər və tədbirlər görülüb və bu, beynəlxalq ictimaiyyətin bu tədbirlərin qeyri-insani ölçülərə daha çox diqqət yetirməsinə səbəb olub, lakin bütün bu səylərdə itkin halqa zərərçəkmişlərin ədalətə çıxışı olmuşdur və Tehran konfransı bu istiqamətdə yolun açılması istiqamətində mühüm addımdır.”

Qəribabadi həmçinin vurğulayıb: “Birtərəfli sanksiyalar tamamilə geniş, sistemli və məqsədyönlü şəkildə nəinki indiki nəsillərin insan haqlarını ciddi şəkildə pozur, həm də sanksiyalar altında olan ölkələrin davamlı inkişafını təhdid edərək və zəiflətməklə, həmin xalqların gələcək nəsillərinin insan haqlarını pozur.”

Birtərəfli məcburetmə tədbirlərinin mənfi təsirləri üzrə xüsusi məruzəçi xanım Alena Doohan da görüş zamanı İranın bu mühüm konfransa ev sahibliyi etməsini təqdir edib, bu hərəkətlərin qanunsuzluğunu və onların insan hüquqlarına və ölkələrə qalıcı təsirlərini vurğulayaraq, ədalət mühakiməsinə çıxışı vacib hesab edib.