Bu sözləri Müqəddəs Pyotr meydanında həftəlik ümumi auditoriyası zamanı söyləyən Papa əlavə edib: "Mən ədalətli humanitar yardıma və uşaqlara, qocalara və xəstələrə dağıdıcı ziyan vuran münaqişəyə son qoymağa çağırışımı təkrar edirəm."
Mərhum katolik lideri Papa Fransiskin ölümündən sonra mayın 8-də bu vəzifəyə seçilən Papa Leo, seçildiyi ilk həftələrdən Qəzzədə bir neçə dəfə vəziyyəti xatırladıb.
Mayın 11-də verdiyi ilk bazar günü mesajında yeni Papa həmçinin dərhal atəşkəsə və HƏMAS tərəfindən saxlanılan bütün israilli məhbusların azad edilməsinə çağırıb.
Publish Date: 21 may 2025 - 15:26
Tehran - İRNA - Dünya katoliklərinin lideri Roma Papası Leo Qəzzədəki vəziyyəti "narahatedici və kədərli" adlandırıb və çıxışında sionist rejimdən humanitar yardımların zolağa daxil olmasına icazə verməyə çağırıb.