Tehran - İRNA - Yəmənin Müdafiə naziri açıqlamasında vurğulayıb ki, biz bütün dünyaya Fələstindəki məzlum qardaşlarımıza kömək etməyi dayandırmayacağımızı elan edirik.

General-mayor Məhəmməd əl-Atifi Yəmənin şimal və cənubunun birləşməsinin ildönümü münasibətilə Yəmən Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd əl-Qəmmari ilə birgə müraciətində deyib: “Biz məzlum Fələstin xalqına kömək etməklə eyni vaxtda, heç kimin suverenliyimizə və müstəqilliyimizə təcavüz etməsinə icazə vermirik.”

O, əlavə edib: “Birlik Yəmən xalqının yenilməz iradəsinin təcəssümüdür və biz bir daha ölkənin dini, müqəddəslikləri və ərazi bütövlüyünü müdafiə etmək əhdimizi təzələyirik.”

Əl-Atifi və Əl-Qəmmari birgə bəyanatda bildirib: “İman qüdrəti ilə birliyə nail olan, bütün zalımlar və imperialist qüvvələr üzərində qələbə çalan Yəmən ölkəni parçalamaq planlarına qalib gələ və İslam ümməti üçün yeni qələbələr fəslini aça bilər.”