Tehran - İRNA - İran və ABŞ arasında dolayısı danışıqların beşinci raundunda iştirak etmək üçün İtaliyanın paytaxtına yola düşməzdən bir saat əvvəl xarici işlər naziri özünün X sosial şəbəkəsindəki hesabında yazıb: Amerika ilə dolayısı danışıqların beşinci raundu üçün Romaya gedirəm.

Seyid Abbas Əraqçi davam etdi: Razılığa çatmaq üçün bir yol tapmaq mürəkkəb bir tənlik deyil: Sıfır nüvə silahı = razılaşmamız var. Sıfır zənginləşdirmə = razılaşma yoxdur.

Diplomatik xidmət rəhbəri ABŞ prezidentinin Qərbi Asiya üzrə xüsusi nümayəndəsi Stiv Vitkofun başçılıq etdiyi ABŞ danışıqlar qrupuna qısa mesajını “qərar vermək vaxtı çatıb” ifadəsi ilə yekunlaşdırıb.