İran İslam Respublikasının Xarici İşlər Naziri Qəzzada qətllərin artması və soyqırımın davam etməsi nəticəsində işğal olunmuş Fələstindəki fəlakətli vəziyyəti təsvir edərək, Qəzzada törədilən cinayətlərə öz ikrah və etirazlarını bildirmək, həmçinin cinayətlərin dayandırılması və zolağa humanitar yardım göndərilməsi üçün təcili tədbirlər görmək üçün bütün ölkələrin və insanların hüquqi və mənəvi məsuliyyət daşıdığını vurğulayıb.

Əraqçi həmçinin İran xalqının nüvə enerjisindən dinc məqsədlərlə istifadəsi üçün hüquq və ehtiyacları ilə bağlı İranın mövqelərini izah edib və Vatikanın yüksək səviyyəli rəsmilərini dolayı İran-ABŞ danışıqları prosesi haqqında məlumatlandırıb.