Bazar günü general-mayor Hüseyn Səlami Qərbi Azərbaycanda cihad və şəhadət sahəsində fəaliyyət göstərmiş şəxslərin hörmət və ehtiramla anılması mərasimində əlavə edib: “Düşmən xalqımızın iman qüdrətinin ağır təzyiqini qırılan sümükləri ilə hiss edir və buna qalib gəlmək üçün bir yol və düstur tapmır, durmadan mövqeyini və duruşunu dəyişmək və geri çəkilmək məcburiyyətindədir”.
İslam İnqilabı Keşikçiləri Korpusunun Ali Baş Komandanı İran xalqı üçün zillətin heç bir mənası olmadığını bildirərək qeyd edib: “Bu gün qürurlu bir millətə sahib olan bu böyük diyar böyük bir cihadın mərkəzində dayanır, çünki biz həm siyasi, həm iqtisadi, həm də hərbi müstəvidə güclü və pis qlobal düşmən dəstəsi ilə üz-üzəyik”.
O dedi: “Bu gün biz genişmiqyaslı müharibə şəraitindəyik və bütün döyüş meydanları aktivdir, lakin ölkədə təhlükəsizlik və əmin-amanlıq hökm sürür, sistemin bütün sütunları və komponentləri normal fəaliyyət göstərir ki, bu da müstəsna və unikal sürprizdir”.
İslam İnqilabı Keşikçiləri Korpusunun Ali Baş Komandanı əlavə edib: Xalqımız nigaran deyil və tam əmin-amanlıq içərisindədir, lakin düşmənlərimiz və sionistlər narahatdırlar və asayişləri yoxdur.
Publish Date: 25 may 2025 - 14:25
Urmiya - İslam İnqilabı Keşikçiləri Korpusunun Ali Baş Komandanı deyib: Bu gün biz genişmiqyaslı müharibədəyik və bütün döyüş meydanları aktivdir, lakin ölkə təhlükəsizlik və əmin-amanlıq içərisindədir, sistemin bütün sütunları və komponentləri normal fəaliyyət göstərir ki, bu, müstəsna və bənzərsiz bir sürprizdir.