Tehran - İRNA - Xarici İşlər Nazirliyinin sözçüsü danışıqların vaxtı və yeri ilə bağlı dərc olunan xəbərləri medianın fərziyyəsi hesab edib və deyib: Danışıqların növbəti raundu üçün tarix hələ müəyyən edilməyib.

Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi İran-ABŞ arasında keçirilən dolayı danışıqların növbəti raundu ilə bağlı mətbuatda dərc olunan xəbərlərlə bağlı İRNA müxbirinin sualına cavab olaraq deyib: Danışıqların növbəti raundu üçün tarix hələ müəyyən edilməyib.

Bununla bağlı Oman Xarici İşlər Nazirliyinə aid edilən tvitə gəlincə, Bəqayi tvitin saxta olduğunu və həqiqətə uyğun olmadığını açıqlayıb.