Publish Date: 27 may 2025 - 17:04

Prezident Məsud Pezeşkiyan Omanın kralı Heysəm bin Tariq Ali Səidin rəsmi dəvəti ilə çərşənbə axşamı günorta (27 may 2025-ci il) iki günlük səfər məqsədilə Tehrandan Omanın paytaxtı Maskat şəhərinə yola düşüb. Onu Ali Rəhbərin Aparatının beynəlxalq əlaqələr üzrə müavini Höcətülislam Möhsün Qomi və birinci vitse-prezident Məhəmməd Rza Arif yola salıb.