Məlumatlı mənbələrin bildirdiyinə görə, İranın Təhlükəsizlik qurumları sionist rejimin minlərlə strateji və həssas sənədinə, o cümlədən nüvə layihələri və obyektlərinə aid sənədlərə çıxış əldə edib.

Mənbələr deyib ki, bu əməliyyat bir müddət əvvəl həyata keçirilib, amma sənədlərin çoxluğu və onların təhlükəsiz şəkildə ölkəyə gətirilməsi zərurəti səbəbindən xəbərlər yayılmayıb, ta ki bütün materiallar qorunan məkanlara çatdırılsın.

Radio və Televiziya (Səda və Sima) xəbər agentliyinə danışan mənbələr əlavə ediblər ki, sənədlərin miqdarı o qədər çoxdur ki, yalnız onları araşdırmaq və şəkil-videolara baxmaq belə çox vaxt aparır.