İranın xarici işlər naziri Seyid Abbas Əraqçi, İranın nüvə dosyesinin Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyətində müzakirəyə çıxarılması ərəfəsində X şəbəkəsində Avropa üçlüyünün (Almaniya, Fransa və İngiltərə) səhv yanaşması barədə xəbərdarlıq edərək deyib: Bu üç Avropa ölkəsi yeddi il vaxt əldə etdi ki, nüvə sazişi (Bərnamə üzrə Birgə Hərəkət Planı - BƏRCAM) çərçivəsində öz öhdəliklərini yerinə yetirsinlər. Onlar bu sahədə tam şəkildə uğursuz oldular – istər bilərəkdən, istərsə də bacarıqsızlıqdan.
Xarici işlər naziri əlavə edib: Onlar peşmanlıq və ya diplomatiyanı asanlaşdırmaq istəyi göstərmək əvəzinə, bu gün gülünc bir tələb irəli sürərək – İranın öz qanuni hüququndan istifadə etdiyinə görə cəzalandırılmasını istəməklə və qarşı tərəfin öhdəliklərinə əməl etməməsinə cavab olaraq – qarşıdurmanı alovlandırmaqla məşğuldurlar.
Əraqçi daha əvvəl Avropa ölkələrinə etdiyi xəbərdarlığı xatırladaraq bildirib: Bu üç ölkənin daha bir böyük strateji səhvi İranı qəti bir cavab verməyə vadar edəcək. Bu vəziyyətin bütün məsuliyyəti isə öz etibarlarını itirmiş bədniyyətli oyunçuların üzərində olacaq.