Xarici İşlər Nazirliyinin sözçüsü üç Avropa ölkəsi və ABŞ-ın Beynəlxalq Atom Enerjisi Agentliyindən İrana qarşı sui-istifadə etməsini pisləyib və deyib: İranın öhdəliklərə əməl etməməsi iddiası özlüyündə bu qətnaməni hazırlayanların vicdansızlığı və bədxah niyyətindən xəbər verir, çünki baş direktorun tam siyasi hesabatında belə, bu cür bir iddiaya yer verilməmişdir.

Xarici İşlər Nazirliyinin sözçüsü bu əsassız və dağıdıcı hərəkətin təsirləri və nəticələrinə görə məsuliyyəti bu qətnamənin yaradıcıları və müəlliflərinə aid edib və vurğulayıb ki, İran İslam Respublikası bu hərəkətə cavab olaraq İran xalqının dinc nüvə enerjisindən faydalanmaq mənafeyini və hüquqlarını təmin etmək və qorumaq üçün müvafiq tədbirlər görəcək.