Tehran - İRNA - Yəmənin Ənsarullah hərəkatının lideri Seyyid Əbdülməlik Əl-Husi, sionist rejimin Qəzzə zolağında davam edən qırğın və təcavüzünə işarə edərək dedi: ABŞ-sionist mərkəzləri tərəfindən təşkil olunan yardım paylama məntəqələri Qəzzədə ölüm tələsinə çevrilib.

Seyyid Əbdülməlik Əl-Husi bu gün – cümə axşamı – öz həftəlik çıxışında Qəzzədəki vəziyyətə və sionist rejimin cinayətlərinə toxunaraq bildirdi ki, sionist rejim, humanitar yardımlar almaq üçün növbəyə duran fələstinli qaçqınlara atəş açaraq yardım paylama mərkəzlərini ölüm tələsinə çevirib.

O əlavə edib: İsrail rejimi bu həftə ərzində törətdiyi cinayətlərdə 2400-dən çox insanı şəhid edib və yaralayıb.

Ənsarullah lideri vurğulayıb: İsrail rejimi yalnız qətliamla kifayətlənməyib, eyni zamanda Qəzzə xalqını aclıqla da sıxışdırır.

O deyib: Sionistlər Qəzzədə humanitar yardım mərkəzlərini fələstinliləri edam etmək üçün ölüm tələsinə çeviriblər.