İslami Müqavimət Hərəkatı - HƏMAS yaydığı bəyanatda bu gün sübh saatlarında Sionist rejimin İran İslam Respublikasına qarşı həyata keçirdiyi hücumu kəskin şəkildə qınayıb və bu hücumu olduqca təhlükəli bir dönüş nöqtəsi, həmçinin ümmətin əsas düşməni ilə taleyüklü mübarizənin açıq göstəricisi kimi qiymətləndirib. Bəyanatda qeyd olunub ki, bu düşmən yalnız Fələstinlə məhdudlaşmır, əksinə bütün bölgəni və İslam ümmətini hədəfə alır.

Bəyanatda deyilir:

Bu hücum beynəlxalq qanun və normaların açıq şəkildə pozulmasıdır və bir daha sübut edir ki, sionist layihəsi təkcə Fələstin üçün deyil, bütün region üçün təhlükədir. Bu təhlükə yalnız işğalçı sionist rejimin hegemonluğuna qarşı çıxan xalqları və dövlətləri deyil, həm də İslam ümmətinin, xüsusilə Fələstin məsələsinin yanında olan bütün qüvvələri hədəf alır.