Tehran – IRNA – Tehran şəhərinin bir xəstəxanasının müdiri, bu gün səhər (cümə günü) ölkəmizə qarşı sionist cinayətkar və saxta rejimin etdiyi təcavüzkar hücumlarda dörd azyaşlı uşağın şəhid olduğunu bildirdi.

Bu gün səhərin ilk saatlarında, böhran sistemi vasitəsilə səhiyyə mərkəzlərinə məlumat verildi və xəstəxanamız sionist təcavüzkar rejimin terror hücumlarından xəsarət alan ilk yaralını qəbul etdi. Dərhal tibb işçiləri çağırıldı və travma sahəsinin mütəxəssislərinin tam iştirakı ilə yaralılara tibbi xidmət göstərilməyə başlandı.
O əlavə etdi: Təəssüf ki, qəbul olunan yaralılar arasında 3, 6, 4 və 5 yaşlarında dörd şəhid uşaq da var idi və onların cəsədlərini qəbul etdik. Bu, sionist rejimin indiyə qədər törətdiyi ən dəhşətli, ən vəhşi və insanlığa zidd qətliam və cinayətdir.
Səhiyyə sahəsinin məsul şəxsi əlavə etdi ki, müalicə mərkəzimiz bütün imkanlarını səfərbər edərək, Silahlı Qüvvələrin Baş Qərargahı, onun Sağlamlıq İdarəsi və Tehran vilayətindəki digər xəstəxanalarla birgə əməkdaşlıq çərçivəsində, əsasən qadınlar və uşaqlardan ibarət olan bu terror hücumunun yaralılarına maksimum səviyyədə tibbi yardım göstərməkdədir.