Oman İsrailin İrana qarşı hərbi hücumunu pisləyərək vurğulayıb ki, bu gərginliyin artması və onun fəsadlarına görə tam məsuliyyət sionist rejimin üzərinə düşür.
Kuba və Venesuela bu hücumu qəti şəkildə pisləyərək onu beynəlxalq sülhə birbaşa təhdid kimi nəzərə alıblar.
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi: "Qardaş İslam Respublikası İranın əleyhinə İsrailin açıq-aşkar hücumlarını qətiyyətlə pisləyirik."
İndoneziya Xarici İşlər Nazirliyi də yaydığı bəyanatda bu təcavüzkar hücumu kəskin şəkildə pisləyib.
Yaponiyanın Xarici İşlər Naziri, Taşi Takişi İvaya: "İsrailin İrana qarşı hava hücumlarını qətiyyətlə pisləyirik."
Pakistan Xarici İşlər Nazirliyi: "İsrailin İslam Respublikasına qarşı əsasız və qeyri-qanuni təcavüzünü pisləyirik. İranın BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünü müdafiə etmək hüququ var."
Malayziya bu hücumları "cinayətkar, məsuliyyətsiz və regionun sabitliyi üçün təhdid" adlandıraraq, ən sərt ifadələrlə pislədiyini bəyan edib.
BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri) də İsrailin hərbi hücumunu sərt şəkildə pisləyib və regionda artmaqda olan gərginliyin davamı və onun təhlükəli nəticələri barədə dərin narahatlıq ifadə edib.
Qətər sionist İsrail rejiminin İrana qarşı cinayətkar hücumlarını pisləyib və bu hərəkətin regionda diplomatik səylərə mane olduğunu vurğulayıb.
Türkiyə Xarici İşlər Nazirliyi: İsrailin İrana hava zərbələrini şiddətlə qınayırıq.
Çin İsrailin İrana hücumlarından "dərin narahatlığını" ifadə edərək, İranın suverenliyinin "pozulmasını" pisləyib.
Misir Xarici İşlər Nazirliyi sionist rejimin İrana hücumu olan son cinayətini pisləyib və bu hücumları regional və beynəlxalq sülh və təhlükəsizliyə birbaşa təhdid adlandırıb.