Prezident ötən gecə sionist rejimin törətdiyi vəhşi cinayətin ardınca xalqa müraciətində deyib: İran xalqı və ölkə rəsmiləri bu cinayət qarşısında səssiz qalmayacaqlar və İran İslam Respublikasının qanuni və qüdrətli cavabı düşməni öz axmaq əməlinə görə peşman edəcək.

Doktor Məsud Pezeşkiyan dünən gecə sionist rejimin cinayətinin ardınca İran İslam Respublikasının qanuni və qüdrətli cavabının düşməni öz axmaq əməlinə görə peşman edəcəyini vurğuladı və dedi: Bu gün İran xalqının birliyə, etibara, empatiyaya, vəhdətə və həmrəyliyə hər zamankindən daha çox ehtiyacı var və Allahın köməyi ilə, belə bir dəyərli ruhla işğalçı rejimin cinayətlərinə sərt, ağıllı və güclü cavab verəcək.

Mesajda deyilir: Bütün beynəlxalq öhdəliklərə zidd olan bu qəddar əməl öz varlığını işğal, təcavüz və körpə qətliamı əsasında qurmuş qeyri-qanuni sionist rejimin cinayətkar mahiyyətini təsdiq edir.

Dünən gecəki təcavüz bütün dünyaya İran İslam Respublikasının "təcavüz və cinayətin sionist rejimin fitrətinə xas olması" ilə bağlı çoxdankı iddiasının haqq olduğunu sübut etdi.

Təbii ki, İran xalqı və ölkə rəsmiləri bu cinayət qarşısında səssiz qalmayacaqlar və İran İslam Respublikasının qanuni və qüdrətli cavabı düşməni öz axmaq hərəkətindən peşman edəcək.

Prezident vurğuladı: Necə ki, İslam Respublikası dünyada və regionda sülh və əmin-amanlıq üçün hər cür səy göstərib, sülhməramlılıq istiqamətində uzun danışıqlara və dünya üçün etimadın yaradılmasına tam hazır olduğunu sübut etdiyi kimi, təcavüzə cavab olaraq, ölkənin ərazi bütövlüyünün qanuni müdafiəsi istiqamətində də qətiyyətlə hərəkət edəcək.